Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Məlumata görə, 84 təqsirləndirilən şəxs barəsində həbs və ev dustaqlığı qətimkan tədbiri seçilib, daha 85 nəfər barəsində isə alternativ qətimkan tədbirləri tətbiq olunub.
Bildirilib ki, 12 icraat üzrə 45 nəfərlə bağlı ibtidai istintaq tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilib. Bundan başqa, 52 cinayət işi üzrə çoxsaylı prosessual hərəkətlər həyata keçirilib. Bu çərçivədə 300-dən çox şəxs dindirilib, bir sıra ofislərdə axtarışlar aparılıb.
Qeyd edilib ki, axtarışlar zamanı maliyyə əməliyyatları ilə bağlı məlumatlar əks olunan sənədlər, elektron məlumat daşıyıcıları, dinləmə cihazlarını aşkarlayan avadanlıqlar, həmçinin minlərlə vətəndaşın siyahıya alınmış məlumatları aşkar edilib.
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi qeyd edib ki, əldə olunan materiallarla əlaqədar yaxın günlərdə ölkənin bütün ərazisində genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçiriləcək.
Alpər Mövludoğlu
Ordu.az