Rusiyanın Dneprə endirdiyi raket zərbəsi nəticəsində 4 nəfər ölüb, 21 nəfər yaralanıb - YENİLƏNİB

2026/05/1778610338.jpg
Oxunub: 315     14:29     29 İyun 2026    
Rusiyanın Dneprə (Ukrayna) endirdiyi zərbə nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja teleqram kanalında məlumat verib.

"Rusiyanın Dneprə endirdiyi zərbə nəticəsində artıq 21 nəfər yaralanıb. Beş nəfərin vəziyyəti ağırdır - onlar 22, 33, 54, 58 və 59 yaşlı kişilərdir", - Qanja bildirib.

Daha əvvəl verilən məlumata görə, Rusiya qoşunları Dneprə ehtimal ki, ballistik raketlə zərbə endirib. Zərbə nəticəsində özəl müəssisəyə ziyan dəyib. Son məlumatlara görə, ölənlərin sayı (4 nəfər) dəyişməyib.

***

Ukraynanın Dnepr şəhəri iyunun 29-u gündüz saatlarında ballistik raket hücumuna məruz qalıb.

Ordu.az "Report"a istinadən xəbər verir ki, zərbələr nəticəsində 4 nəfər mülki şəxs həlak olub.

Raket zərbəsi nəticəsində 10 nəfərin yaralandığı bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Dnepr   Ukrayna  


Bizi "telegram"da izləyin