"Dövlət gücü yalnız güc üstünlüyü ilə qoruna bilər" - Kim Çen In

2024/11/1731999900.jpg
Oxunub: 265     16:27     26 İyun 2026    
Müharibədən çəkindirmə fəaliyyətinin bir hissəsi olaraq, Şimali Koreya yalnız müdafiə imkanlarını deyil, həm də uzaqmənzilli hücum silahlarını da təkmilləşdirməyə davam edir.

Ordu.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In bildirib.

Kim Çen In düşməndə daim narahatlıq və qorxu yaratmaq üçün müharibədən çəkindirmənin nümayiş etdirilməsinin vacib olduğunu söyləyib. O, həmçinin əmin edib ki, yaxın gələcəkdə düşmənin Şimali Koreya Ordusunun bütün uzaqmənzilli zərbə silahlarının təkmilləşdirilmiş silahlarla əvəz olunduğunu bilməsini təmin edəcək.

Şimali Koreya lideri qeyd edib ki, partiyanın siyasəti sadəcə müdafiə vasitələrinə əsaslanan müdafiə qabiliyyətini artırmaqla yanaşı, düşmənlərin döyüşməyə cəsarət etməsinə imkan verməyən ölümcül və dağıdıcı hücum hazırlığını gücləndirməyə yönəlib.

O qeyd edib ki, hazırkı beynəlxalq vəziyyət dövlət gücünün yalnız hərbi güc üstünlüyü ilə qoruna biləcəyini və mövcudluğun yalnız ardıcıl olaraq güc üstünlüyü ilə təmin edilə biləcəyini, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyini təsdiqləyir.

Kim Çen In quru qoşunlarının artilleriya və raket qüvvələrinin inkişafının prioritet olduğunu vurğulayıb və beşillik plan çərçivəsində növbəti vəzifələri müəyyən edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kim-Çen-In   KXDR  


Bizi "telegram"da izləyin