Ordu.az xəbər verir ki, Tramp bu barədə Ağ Evin Qızılgül bağında amerikalı fermerlərlə keçirilən şam yeməyi zamanı danışıb.
“Biz danışıqları tam güc mövqeyindən aparırıq. Onlar da bunu bilirlər”, - deyə ABŞ Prezidenti bildirib.
O, həmçinin qeyd edib ki, Hörmüz boğazı artıq açıqdır.
Donald Tramp bir daha vurğulayıb ki, İranın nüvə silahına malik olması dünyanı çox böyük təhlükə ilə üz-üzə qoya bilər.
Sevinc Əliyeva
Ordu.az