Rütte: "NATO-nun Ankara sammiti alyansın ABŞ üçün əhəmiyyətini nümayiş etdirəcək"

2026/05/1779479969.jpg
Oxunub: 218     04:24     26 İyun 2026    
NATO-nun baş katibi Mark Rütte bildirib ki, Ankara sammitində ABŞ Prezidenti Donald Trampa alyansın Vaşinqton üçün əhəmiyyətini nümayiş etdirmək niyyətindədir.

Ordu.az-ın məlumatına görə, Rütte bu açıqlamanı ABŞ-yə səfəri zamanı Atlantik Şurasında çıxışında verib.

O bildirib ki, NATO-nun Yaxın Şərq və Asiya-Sakit okean regionundan olan tərəfdaşları da daxil olmaqla 42 ölkənin nümayəndələri Ankara sammitində iştirak edəcəklər.

"Bu ölkələrin ümumi iqtisadi həcmi 70 trilyon dolları keçib", - NATO-nun baş katibi qeyd edib.

Rütte həmçinin Trampı NATO-nun ən güclü adamı və dünyanın lideri adlandırıb və sammitin onun alyansdakı rolunu nümayiş etdirməli olduğunu vurğulayıb.

Bundan əlavə, NATO rəhbəri bildirib ki, alyansın Avropa üzvləri və Kanada Trampın Ağ Evə qayıtmasından sonra əvvəlkindən yüz milyardlarla dollar daha çox müdafiəyə xərcləyirlər.

Onun sözlərinə görə, Ankara sammiti həmçinin on milyardlarla dollar dəyərində müdafiə müqavilələri imzalayacaq. Rütte vurğulayıb ki, bu, ABŞ-nin Avropa təhlükəsizliyinə dəstəyini gücləndirməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rütte   NATO   ABŞ  


Bizi "telegram"da izləyin