İlham Əliyev Qalibafa: "Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın"

2026/06/1782309630.jpg
Oxunub: 150     17:53     24 İyun 2026    
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə İranda müharibənin dayandırılmasını Azərbaycanda sevinc hissi ilə qarşılandığını deyib.

Ordu.az-ın məlumatına görə, dövlət başçısı bununla bağlı Azərbaycan tərəfindən dərhal rəsmi bəyanatın verildiyini xatırladıb.

"Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın", - deyən Prezident İlham Əliyev həm Azərbaycanın, həm də İranın vaxtilə müharibələrdən əziyyət çəkdiklərini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İran  


Bizi "telegram"da izləyin