CENTCOM: İŞİD-in liderlərindən biri öldürülüb

2026/05/1779120165.jpg
Oxunub: 193     17:47     24 İyun 2026    
Suriyanın şimal-qərbinə endirilən aviazərbələr nəticəsində İslam Dövlətinin (İŞİD) yüksək rütbəli lideri Əli Hüseyn əl-Ulayvi öldürülüb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat verib.

"Bu, xaricdə və ya Birləşmiş Ştatların ərazisində amerikalılara hücum etməyə çalışan terrorçuların fəaliyyətinin qarşısının alınması istiqamətində ABŞ-nin davam edən səylərinin bir hissəsidir. CENTCOM qüvvələri regional tərəfdaşlarla əməkdaşlığı davam etdirir. CENTCOM və tərəfdaşları onun tam məğlubiyyətini təmin etmək məqsədilə İŞİD-in qalıqlarının kökünü kəsməyə sadiqdirlər", - məlumatda CENTCOM komandanı Bred Kuperin sözlərinə istinadən qeyd olunur.

Məlumata görə, aviazərbələr iyunun 19-da endirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CENTCOM   İŞİD  


Bizi "telegram"da izləyin