Cənubi Koreya sərhədi keçən Şimali Koreya hərbçisini saxlayıb

2026/06/1782287966.jpg
Oxunub: 235     11:58     24 İyun 2026    
Cənubi Koreya hərbçiləri Koreyalararası sərhədi keçən Şimali Koreya hərbçisini saxlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Məlumata görə, Şimali Koreya hərbçisi iyunun 23-ü axşam saatlarında sərhəd demarkasiya xəttinin mərkəzi hissəsində saxlanılıb.

Hazırda aidiyyəti qurumlar hadisənin bütün təfərrüatlarını araşdırırlar. Bildirilir ki, saxlanılan hərbçi artıq Cənubi Koreyada qalmaq istədiyini bəyan edib.

İlkin ehtimallara əsasən, o, Şimali Koreyadan qaçmağa cəhd göstərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Şimali-Koreya  


Bizi "telegram"da izləyin