NATO sammiti ərəfəsində Ankarada aksiyalar və PUA uçuşları qadağan edilib

2026/06/1781950575.jpg
Oxunub: 185     15:54     23 İyun 2026    
NATO-nun 36-cı sammiti ərəfəsində Ankarada gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq olunub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” nəşri məlumat yayıb.

Məlumata görə, 2026-cı il iyunun 28-dən iyulun 10-dək Türkiyə paytaxtında toplantılar, nümayişlər, mətbuat konfransları, mitinqlər, həmçinin çadır və stendlərin quraşdırılması qadağan ediləcək.

Bundan əlavə, vərəqələrin və plakatların paylanmasına da icazə verilməyəcək. Hakimiyyət orqanlarının xüsusi icazəsi olmadan pilotsuz uçuş aparatlarının istifadəsi də qadağan olunacaq.

Ankara valiliyindən bildirilib ki, təhlükəsizlik tədbirləri sammitin keçiriləcəyi məkanlarda, nümayəndə heyətlərinin yerləşəcəyi ərazilərdə və nəqliyyat marşrutlarında daha da gücləndiriləcək.

Həmçinin vətəndaşların müəyyən təhlükəsizlik zonalarına girişinə məhdudiyyət qoyulacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ankara  


Bizi "telegram"da izləyin