Netanyahu silah istehsalında xarici asılılığı aradan qaldırmaq istəyir

2026/06/1780938507.jpg
Oxunub: 150     15:57     23 İyun 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin silah istehsalı sahəsində xarici asılılıqdan qurtulmasının vacibliyini bəyan edib.

Ordu.az xəbər verir ki, Netanyahu bu barədə ehtiyatda olan kursantlarla görüşü zamanı danışıb.

Baş nazir bildirib ki, İsrail müdafiə sənayesində tam müstəqilliyə nail olmalı və öz istehsal imkanlarını genişləndirməlidir.

“Mən istəyirəm ki, biz silahlanma sahəsində müstəqil olaq”, - deyə Netanyahu vurğulayıb.

O qeyd edib ki, ABŞ-nin uzun illər ərzində göstərdiyi hərbi dəstəyi yüksək qiymətləndirir. Bununla belə, onun fikrincə, artıq İsrailin öz müstəqil istehsal bazasını formalaşdırmasının vaxtı çatıb.

Netanyahu hesab edir ki, yerli silah istehsalının artırılması ölkənin gücünü artıracaq, yeni texnologiyaların tətbiqini sürətləndirəcək və gələcək nəsil hərbi rəhbərlərin hazırlanmasına töhfə verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail  


Bizi "telegram"da izləyin