Çin XİN: Beynəlxalq əməkdaşlıq sülhə və sabitliyə xidmət etməlidir

2026/05/1779715722.jpg
Oxunub: 169     15:58     23 İyun 2026    
Çin Xarici İşlər Nazirliyi dövlətlər arasında əməkdaşlığın regional sülh və sabitliyin möhkəmləndirilməsinə xidmət etməli olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Szakun mətbuat konfransında danışıb.

Diplomat Tokio və Kiyev arasında pilotsuz uçuş aparatı sahəsində əməkdaşlıq barədə məlumatları şərh edərkən Pekinin mövqeyini açıqlayıb.

“Çin ardıcıl olaraq hesab edir ki, dövlətlər arasında əməkdaşlıq regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verməlidir”, - deyə o bildirib.

Qo Szakun son illərdə Yaponiyanın sürətlə yenidən silahlanma siyasəti həyata keçirdiyini də vurğulayıb.

Onun sözlərinə görə, Tokio orta və uzaq mənzilli zərbə vasitələri hazırlayır, ölümcül silahların ixracına qoyulmuş məhdudiyyətləri aradan qaldırır, regiondan kənar ölkələrlə əməkdaşlığı genişləndirir və Özünümüdafiə Qüvvələrinin fəaliyyət sahəsini artırır.

Çin XİN nümayəndəsi qeyd edib ki, bu addımlar Yaponiya Konstitusiyasının müddəalarına, beynəlxalq hüquq normalarına və yalnız müdafiə xarakterli siyasət prinsiplərinə ziddir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   XİN  


Bizi "telegram"da izləyin