2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur

2026/06/1782200646.jpg
Oxunub: 252     11:29     23 İyun 2026    
Ümumi sahəsi 2 min hektara yaxın olan Füzuli şəhərinin Baş planına əsasən, 2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur.

Ordu.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova məlumat verərkən bildirib.

Onun sözlərinə görə, müasir şəhərsalma standartlarına uyğun yenidən qurulan Füzulidə "Ağıllı şəhər" konsepsiyası tətbiq olunacaq.

Qeyd edək ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət səfəri çərçivəsində Füzuli rayonundadır. O, Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Füzuli   2040  


Bizi "telegram"da izləyin