Tramp: “İran nüvə obyektlərində uzunmüddətli yoxlamalara razılıq verib”

2025/02/1740594650.jpg
Oxunub: 164     15:59     23 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərində uzunmüddətli yoxlamaların keçirilməsinə razılıq verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

ABŞ liderinin sözlərinə görə, Tehran ən yüksək səviyyəli nüvə yoxlamalarının illərlə davam etməsini qeyd-şərtsiz qəbul edib.

“İran tam və qeyd-şərtsiz şəkildə illərlə, hətta daimi əsasda ən yüksək səviyyəli nüvə yoxlamalarına razılıq verib. Bu, nüvə sahəsində dürüstlüyü təmin edəcək. Əgər onlar buna razı olmasaydılar, sonrakı danışıqlar da baş tutmazdı”, - deyə Tramp bildirib.

Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Bürgenştokda keçirilən danışıqlarda Beynəlxalq Atom Enerjisi Agentliyi ilə yeni yoxlamalar məsələsinin müzakirə edilmədiyini bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin