Anar Quliyev: "Füzulidə inşa olunan məscid Türkmənistanla qardaşlığın növbəti nümunəsidir"

2026/06/1782201895.jpg
Oxunub: 149     11:51     23 İyun 2026    
Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-yenidənqurma işlərində Türkmənistanın dəstəyini yüksək qiymətləndirir.

Ordu.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, bunu qurumun sədri Anar Quliyev Türkmənistanın sənaye və tikinti istehsalı naziri Toyqulı Nurov ilə keçirilən görüşdə bildirib.

O, qeyd edib ki, Füzuli şəhərində inşa olunan məscid unikal bir memarlıq nümunəsi olmaqla yanaşı, Azərbaycan və Türkmənistan xalqları arasında mövcud olan sarsılmaz dostluğun, qardaşlığın və ortaq mənəvi dəyərlərin təzahürüdür. Bu layihə iki ölkə arasında humanitar və mədəni bağların daha da möhkəmləndiyini nümayiş etdirir.

Görüş çərçivəsində Azərbaycan və Türkmənistan arasında formalaşmış qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və gələcək inkişaf istiqamətləri geniş şəkildə müzakirə olunub. Tərəflər xüsusilə şəhərsalma, tikinti və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkmənistan  


Bizi "telegram"da izləyin