Ordu.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb.
“Hörmüz boğazı ilə bağlı vəziyyət çox yaxşıdır. Dünən həmin marşrutla indiyədək olduğundan daha çox neft daşınıb. Boğaz tamamilə açıqdır”, - deyə ABŞ Prezidenti vurğulayıb.
ABŞ-nin energetika naziri Kris Rayt da boğazdan keçən nəqliyyatın böhrandan əvvəlki səviyyəyə qayıtdığını bildirib.
Onun sözlərinə görə, hazırda bölgədə enerji daşımaları və beynəlxalq gəmiçilik fəaliyyəti normal rejimdə davam edir.
Sevinc Əliyeva
Ordu.az