Tramp ümid edir ki, İran neft satışından əldə etdiyi vəsaiti ordunun bərpasına xərcləməyəcək

2026/06/1781943648.jpg
Oxunub: 216     09:31     23 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp ümid etdiyini bildirib ki, İran neft satışından əldə etdiyi gəlirləri hərbi potensialını gücləndirmək üçün deyil, amerikalı fermerlərdən ərzaq məhsulları almaq üçün istifadə edəcək.

Ordu.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Güman edilir ki, onlar bunu etməyəcəklər. Güman edilir ki, həmin vəsaiti öz xalqları üçün ərzaq almağa sərf edəcəklər, çünki onların xalqı çox acdır”, - deyə Ağ Ev rəhbəri İranın silahlı qüvvələrinin maliyyələşdirilməsi üçün əlavə mənbə əldə edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən bildirib.

O vurğulayıb ki, İran kənd təsərrüfatı məhsullarını əsasən amerikalı fermerlərdən alacaq.

Tramp həmçinin qeyd edib ki, onun fikrincə, nüvə silahı problemi Tehranla münaqişənin yenidən başlaması nəticəsində yarana biləcək qlobal iqtisadi böhrandan daha təhlükəlidir.

“Nüvə silahı iqtisadi depressiyanı kölgədə qoyur. Depressiyalar, əlbəttə ki, pisdir, amma nüvə silahı depressiyanı daha sürətli yaradır”, - deyə Tramp vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin