Ordu.az xəbər verir ki, bu barədə “Montreal Gazette” nəşri məlumat yayıb.
Hadisə Uestberi prospektində yerləşən supermarketin yaxınlığında qeydə alınıb. Polis əməkdaşından başqa, bir mülki şəxs və hücumçu olduğu ehtimal edilən şəxs də ölüb. Daha bir polis əməkdaşı isə yaralanıb.
Atışmadan sonra ərazidə silahlı təhlükə ilə bağlı xəbərdarlıq rejimi elan edilib. Sakinlərə binaların daxilində qalmaq, qapıları bağlamaq və pəncərələrə yaxınlaşmamaq tövsiyə olunub.
Sevinc Əliyeva
Ordu.az