ABŞ Milli Kəşfiyyat Aparatında genişmiqyaslı ixtisarlar başlayıb

2026/05/1778133830.jpg
Oxunub: 185     11:54     23 İyun 2026    
ABŞ Milli Kəşfiyyatının müvəqqəti direktoru Bill Pulti rəhbərlik etdiyi qurumda genişmiqyaslı kadr ixtisarlarına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Telekanalın həmsöhbətinin sözlərinə görə, “kölgə dövlət” nümayəndələrinin vəzifədən uzaqlaşdırılması prosesi artıq başlayıb.

Mənbə qeyd edib ki, burada ABŞ-də geniş yayılmış fikrə əsasən federal hökumətin siyasi və iqtisadi proseslərinə ciddi təsir göstərən qeyri-rəsmi qruplar nəzərdə tutulur.

CNN-in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Pultini Milli Kəşfiyyatın müvəqqəti rəhbəri təyin edərkən ondan yüzlərlə əməkdaşın ixtisar edilməsini gözləyib. Bildirilir ki, Pulti ötən həftə yeni iş yerinə nəzərdə tutulmuş vaxtdan bir gün əvvəl gəlib və ona bütün şəxsi heyətin siyahısının təqdim olunmasını tələb edib.

Mənbənin sözlərinə görə, əsas ixtisarlar Milli Antiterror Mərkəzini, eləcə də Milli Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzini əhatə edəcək.

Kəşfiyyat qurumunun rəhbərliyi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Milli-Kəşfiyyat-Aparatı  


Bizi "telegram"da izləyin