“Ermənistan əriklərinin ilk simvolik partiyası Avropa İttifaqına çatdırılıb” - Marta Kos

2026/06/1782196257.jpg
Oxunub: 204     10:27     23 İyun 2026    
“Ermənistan əriklərinin ilk simvolik partiyası Avropa İttifaqına çatdırılıb”.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyana hədiyyə və çox məhsuldar müzakirəyə görə təşəkkür edirəm.

Biz sabah keçiriləcək “Bağlantılar Gündəliyi” (Connectivity Agenda) platformasının açılışı ərəfəsində görüşdük. Həmin platforma çərçivəsində Ermənistanın qonşuları və Avropa ilə daha yaxşı əlaqələndirilməsi istiqamətində işlərimizi davam etdirəcəyik.

Bu təşəbbüs erməni istehsalçılarına ixrac bazarlarını şaxələndirməyə, eləcə də yüksək keyfiyyətli məhsullarını yeni bazarlara çıxarmağa kömək edəcək”, - deyə Marta Kos bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin