Ermənistanda deputatın evində axtarış aparılır

2026/06/1781521741.jpg
Oxunub: 248     11:25     23 İyun 2026    
Ermənistan İstintaq Komitəsi parlamentdəki “Hayastan” müxalifət fraksiyasının deputatı İşxan Sağatelyanın mənzilində axtarış aparır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, istintaq orqanlarının əməkdaşları hazırda deputatın mənzilində prosessual hərəkətlər həyata keçirir.

Ermənistan İstintaq Komitəsindən bildirilib ki, axtarış cinayət işi çərçivəsində aparılır. Qurumdan verilən açıqlamada qeyd edilib ki, cinayət icraatı çərçivəsində istintaq və prosessual hərəkətlər həyata keçirilir.

Ermənistan İstintaq Komitəsi cinayət işinin mahiyyəti və aparılan araşdırmanın detalları ilə bağlı əlavə məlumat verməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin