Ermənistan və Fransa strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər

2026/06/1782201680.jpg
Oxunub: 197     11:59     23 İyun 2026    
Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Parisə işgüzar səfəri çərçivəsində Fransanın Frankofoniya, beynəlxalq tərəfdaşlıq və xaricdə yaşayan Fransa vətəndaşları məsələləri üzrə səlahiyyətli naziri Eleonor Karua ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məumata görə, görüş zamanı tərəflər Ermənistan və Fransa arasında beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində mövcud olan sıx əməkdaşlığı yüksək qiymətləndiriblər.

“Qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Tərəflər COP17 çərçivəsində mümkün əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin konfransdan əvvəl keçiriləcək Liderlər Sammitində yüksək səviyyəli iştirakın təmin edilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı Ermənistan və Fransa arasında mövcud strateji tərəfdaşlığın inkişafına yönəlmiş addımlar, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlıq proqramları müzakirə olunub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fransa  


Bizi "telegram"da izləyin