Kubada Ramiro Valdesin ölümü ilə əlaqədar matəm elan olunub

2026/06/1782201646.jpg
Oxunub: 203     11:56     23 İyun 2026    
Kuba hakimiyyəti inqilab liderlərindən biri olan Ramiro Valdes Menendesin vəfatı ilə əlaqədar 2026-cı il iyunun 23-nü ölkədə matəm günü elan edib.

Ordu.az xəbər verir ki, bununla bağlı Kuba Prezidenti Migel Dias-Kanelin imzaladığı müvafiq fərman “Gaceta Oficial” rəsmi qəzetində dərc olunub.

Prezidentin 1247 nömrəli fərmanında qeyd olunur ki, Ramiro Valdes Menendesin vəfatı ilə əlaqədar olaraq 2026-cı il iyunun 23-ü saat 06:00-dan günün sonunadək ölkədə rəsmi matəm elan edilir.

Məlumata görə, tanınmış dövlət xadimi iyunun 21-də səhər saatlarında vəfat edib. Matəm günü ərzində ölkə üzrə bütün dövlət müəssisələrində və hərbi obyektlərdə dövlət bayraqları endiriləcək.

Ramiro Valdesin ölüm xəbəri 2026-cı il iyunun 21-də açıqlanıb. Bildirilir ki, o, Kuba inqilabının fəal iştirakçılarından biri olub və Fulxensio Batistanın hakimiyyətinə qarşı partizan mübarizəsində iştirak edib.

Valdes müxtəlif dövrlərdə ölkənin silahlı qüvvələrində və hökumətində yüksək vəzifələr tutub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuba   Ramiro-Valdes  


Bizi "telegram"da izləyin