Aİ əfqan miqrantların geri qaytarılması məsələsini "Taliban" nümayəndələri ilə müzakirə edəcək

2026/06/1782148673.jpg
Oxunub: 182     12:02     23 İyun 2026    
"Taliban" hərəkatının nümayəndə heyəti sığınacaq verilməsindən imtina edilmiş şəxslərin Əfqanıstana qaytarılması barədə Avropa İttifaqı (Aİ) ilə danışıqlar aparmaq üçün bu gün Brüsselə gedəcək.

Ordu.az "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, Belçika hökuməti görüşdə iştirak etmək üçün nümayəndə heyətinin üzvlərinə bir günlük vizalar verib.

Danışıqlar Aİ-nin taliblərin hökumətini rəsmən tanımamasına baxmayaraq, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə səyləri çərçivəsində Avropa Komissiyasının təşəbbüsü ilə təşkil edilib.

KİV-in məlumatına görə, görüşün keçirilməsi qərarı hüquq müdafiə təşkilatları tərəfindən tənqidlərə səbəb olub və onlar Avropa Komissiyasını hərəkat nümayəndələri ilə əlaqələrdən imtina etməyə çağırıblar.

Belçikanın Xarici İşlər Nazirliyindən bildirilib ki, bir günlük beş ədəd viza təhlükəsizliyin qiymətləndirilməsindən sonra ötən gün verilib. Bu vizalar bütün Şengen zonası üçün deyil, yalnız Belçika üçün etibarlıdır.

Nümayəndə heyəti Belçikaya Türkiyədən gələcək. Eyni marşrutla da geri dönəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Taliban  


Bizi "telegram"da izləyin