Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti yazıb.
Nəşrein mənbəsinin məölumatına görə, Qukasyan seçkilərdə özünə göstərilən dəstəyi nəzərə alaraq, əvvəlki fəaliyyətinə fərqli yanaşa biləcəyini bildirib
“Həbsdə olan Gümrü meri Vardan Qukasyan ətrafındakı şəxslərə hazırkı mərhələdə aktiv siyasi fəaliyyət göstərməməyi tövsiyə edib.
Mənbəmizin bildirdiyinə görə, Qukasyan yaxın çevrəsinə belə deyib: “Bütün zərbəni öz üzərimə götürdüm, amma bunun nəticəsinin belə olacağını bilmirdim. Əgər seçkilərdə mənə bu qədər hörmət və dəstək göstəriləcəyini əvvəlcədən bilsəydim, barmağımı belə tərpətməzdim”, - deyə nəşr qeyd edib.
Vurğulanır ki, bu açıqlama Qukasyanın seçki prosesləri və sonrakı hadisələrlə bağlı şəxsi qiymətləndirməsi kimi təqdim olunur.
Nəşrin qənaətinə görə, onun ətrafında baş verən proseslər və tərəfdarlarına verdiyi mesajlar yaxın dövrdə Gümrüdəki siyasi vəziyyətə təsir göstərə biləcək amillərdən biri hesab olunur.
Alpər Mövludoğlu
Ordu.az