Ordu.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.
Erməni nazirin sözlərinə görə, marşrut erməni məhsullarının Axalkalaki və Qars üzərindən Avropa ölkələrinə daşınmasına şərait yaradır. Eyni logistika zənciri vasitəsilə Avropadan Ermənistana məhsul idxalı da mümkün olacaq.
Xudatyan qeyd edib ki, bu marşrut yerli məhsulların yeni bazarlara çıxarılması üçün əlavə imkanlar açır. O, Axalkalakidə keçirilən tədbir çərçivəsində Gürcüstanın baş naziri İrakli Kobaxidze, eləcə də Türkiyə və Azərbaycan nümayəndələri ilə görüşlər keçirdiyini bildirib.
“Tərəflər tranzit imkanlarından birgə istifadənin vacibliyini vurğulayıblar. Bu logistika modeli Ermənistan, Gürcüstan, Azərbaycan və Türkiyə üçün yeni iqtisadi üstünlüklər yarada bilər”, - deyə o qeyd edib.
Xudatyan regionda iqtisadi inkişafın əsas şərtinin sülh olduğunu qeyd edərək, sabitliyin qarşılıqlı ticarət və iqtisadi faydalar üçün əlverişli şərait yaratdığını bildirib.
Alpər Mövludoğlu
Ordu.az