ABŞ və İran son qarşılıqlı zərbələrə baxmayaraq danışıqları davam etdirir

2026/03/1774611672.jpg
Oxunub: 198     14:33     11 İyun 2026    
ABŞ və İran son günlərdə baş vermiş qarşılıqlı zərbələrə baxmayaraq razılaşma əldə olunması istiqamətində danışıqları davam etdirir.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, vəziyyətlə tanış olan diplomatik mənbə ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı danışıqların hələ də müsbət məcrada davam etdiyini bildirib.

Digər mənbənin sözlərinə görə, ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndə heyəti ötən gün Tehrana səfər edib. Nümayəndə heyəti İran rəsmiləri ilə danışıqlardan sonra cümə axşamı səhər saatlarında paytaxtı tərk edib.

Bildirilir ki, ABŞ ilə koordinasiya şəraitində aparılan Qətər-İran təmasları cümə axşamı səhərədək davam edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin