Pamfilova: “Ermənistan Avropa İttifaqına yaxınlaşmağa çalışarkən demokratik standartlardan uzaqlaşıb”

2026/06/1781173806.jpg
Oxunub: 196     14:28     11 İyun 2026    
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Ermənistanda keçirilən parlament seçkilərini şərh edərək ölkənin Avropa İttifaqına yaxınlaşmaq cəhdləri fonunda demokratik standartlardan uzaqlaşdığını iddia edib.

Ordu.az xəbər verir ki, Pamfilova bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, seçki prosesini izləyən rusiyalı müşahidəçilər əvvəlki illərlə müqayisə aparmaq imkanına malik olublar və onların müşahidələri Ermənistanda demokratik meyarların zəiflədiyini göstərib.

Pamfilova bildirib ki, Ermənistan Avropa İttifaqına inteqrasiya etməyə çalışsa da, ölkədəki proseslər demokratik standartlara uyğun gəlmir. O, həmçinin Avropadakı demokratik institutlarla bağlı tənqidi fikirlər səsləndirib.

Rusiya MSK rəhbəri vurğulayıb ki, Ermənistan xalqı baş verən proseslərlə bağlı nəticələri özü çıxarmalıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pamfilova   Ermənistan  


Bizi "telegram"da izləyin