“Ermənistandakı seçkilərdə çoxsaylı ciddi pozuntular qeydə alınıb” - Pamfilova

2026/06/1781170147.jpg
Oxunub: 201     13:29     11 İyun 2026    
“Ermənistanda keçirilən parlament seçkiləri çoxsaylı çətinliklər və ciddi pozuntularla müşayiət olunub”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova açıqlama verib.

Onun sözlərinə görə, seçkilərin müşahidəsi çərçivəsində Ermənistanda Rusiya MSK-nın iki üzvü, eləcə də ərazi seçki komissiyalarının 24 nümayəndəsi fəaliyyət göstərib.

“Onların hamısı özlərini yüksək səviyyədə göstərdilər. İş səhər tezdən gecə saatlarınadək davam edirdi. Çətinliklər çox idi, pozuntular da az deyildi. Açıq deməliyik ki, bunlar ciddi pozuntular idi”, - deyə Pamfilova komissiyanın iclasında bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Pamfilova  


Bizi "telegram"da izləyin