Erməni nazir: “Ermənistan TRIPP layihəsi çərçivəsində tikinti işlərinin 2026-cı ilin payızında başlamasını gözləyir”

2026/02/1770983803.jpg
Oxunub: 204     13:31     11 İyun 2026    
“Ermənistan hakimiyyəti TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi çərçivəsində tikinti işlərinin 2026-cı ilin payızında başlamasını gözləyir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan bildirib.

Erməni nazirin sözlərinə görə, hazırda TRIPP layihəsi çərçivəsində tərəfdaşların fəal iştirakı ilə yerli hazırlıq işləri davam etdirilir.

O bildirib ki, tədqiqat və hazırlıq mərhələləri artıq yekunlaşmaq üzrədir.

Xudatyan xatırladıb ki, 2026-cı ilin may ayının sonu və ya iyun ayında Ermənistan və ABŞ-nin xarici işlər nazirləri müvafiq sənədi imzalayıblar.

“Əminəm ki, 2026-cı ilin ikinci yarısında, payız və ya qış aylarında artıq tikinti işləri mərhələsinə keçəcəyik”, - deyə nazir bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   TRIPP  


Bizi "telegram"da izləyin