Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Ermənistan tərəfi bu məsələyə dəfələrlə münasibət bildirib. Ermənistan hazırda Avrasiya İqtisadi Birliyinin üzvüdür. Planlarımız dəyişməyib və baş nazir də bunları dəfələrlə açıqlayıb. Yəni biz Avrasiya İqtisadi Birliyindəyik və nöqtə”, - deyə nazir vurğulayıb.
Jurnalistlər erməni nazirdən soruşublar ki, əgər belədirsə, niyə Rusiya tərəfi hakim “Vətəndaş Müqaviləsi” partiyasını seçki qələbəsi münasibətilə tələsmədən təbrik edir.
Xudatyan cavabında bildirib: “Elə ölkələr var ki, dərhal təbrik edir. Elə ölkələr də var ki, bunu seçkilərin yekun nəticələri açıqlanandan sonra edirlər”.
Erməni nazir baş nazir Nikol Paşinyanın seçkilərdən dərhal sonra Moskvaya səfər edəcəyi ilə bağlı vədini də şərh edib.
Xudatyan xatırladıb ki, seçkilərin yekun nəticələri hələ açıqlanmayıb və buna görə də baş nazirin xarici səfərlərinin təsdiqlənmiş qrafiki də hələ mövcud deyil.
Alpər Mövludoğlu
Ordu.az