Ordu.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
İstefa yaxın illərdə Britaniya Silahlı Qüvvələrinin inkişafını müəyyən etməli olan müdafiə xərclərinin artırılması proqramının icrasının ləngiməsi fonunda baş verib.
Sosial şəbəkələrdə yayımlanan Baş nazir Kir Starmerə ünvanlanmış məktubda C.Hili bu qərarı verməyin onun üçün asan olmadığını, lakin artan təhlükəsizlik təhdidləri fonunda hakimiyyətin ölkənin müdafiəsini lazımi resurslarla təmin edə bilmədiyini qeyd edib.
Nazirin sözlərinə görə, yanvar ayında aparılmış qurumlararası qiymətləndirmə Britaniya ordusuna əlavə investisiyaların tələb olunduğunu göstərib, lakin o vaxtdan bəri hökumət və Maliyyə Nazirliyi zəruri maliyyələşməni heç cür razılaşdırmayıb.
"Siz bacarmadınız, Xəzinədarlıq isə mövcud artan təhdidlər şəraitində ölkənin müdafiəsi üçün zəruri olan resursları ayırmaq istəmədi", - C.Hili vurğulayıb.
Qeyd edək ki, C.Hili 2024-cü il iyulun 5-də Böyük Britaniyanın müdafiə naziri vəzifəsinə təyin olunub.
Ordu.az