Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Paşinayn qeyd edib ki, ona kreditini bağlamayacaqları təqdirdə intihar edəcəyini yazan adam var.
“İnsan başa düşməlidir ki, əgər evi yoxdursa, ev almaq üçün lazım olan gəliri qazanmaq məqsədilə işləməlidir. Əgər avtomobili yoxdursa və ya krediti varsa, həmin kredit öhdəliklərini ödəmək üçün işləməli və gəlir əldə etməlidir.
Kredit məsələsində sosial-psixoloji baxımdan çox vacib bir məqam da var. İnsanlar daim deyirlər ki, kreditim var, mənə necə kömək edə bilərsiniz? İnsan bankdan pul götürməklə qonşudan borc almaq arasında böyük fərq görür. Çünki heç kim gəlib demir ki, qonşuma borcluyam, qaytara bilmirəm, siz ödəyə bilərsinizmi? İnsan hesab edir ki, əgər pulu bankdan götürübsə, bu, dövlətin puludur. Amma nəzərə almır ki, bankların verdiyi kreditlərin böyük hissəsi elə onun qonşusunun həmin bankdakı əmanətləridir.
Gizlətmək istəmirəm, elə hallar olub ki, insanlar hər gün mənə məktub yazıb bildiriblər ki, kreditimi bu gün bağlamasanız, intihar edəcəyəm. Hətta elə insanlar var ki, artıq bir ildir hər gün eyni məktubu yazırlar. Bu problemdir. İnsan anlamalıdır ki, onun borcu onun öz problemidir. Əgər hər birimiz hansısa məsuliyyəti üzərimizə götürürüksə, bunu başqasının, dövlətin, qonşunun və ya qohumun gəlib həmin məsuliyyəti daşıyacağı ümidi ilə etməməliyik. Bu pis yanaşmadır, antisosial və ictimai maraqlara zidd davranışdır”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az