Ordu.az xəbər verir ki, Paşinyan iyunun 11-də keçirilən brifinq zamanı Tsarukyana guya hansısa siyasi sövdələşmə təklif olunması barədə suala cavab verərkən bu fikirləri səsləndirib.
Ermənistanın baş naziri bildirib ki, Tsarukyan özü açıqlamalıdır ki, kim kimə sövdələşmə təklif edib.
“Qaqik Tsarukyana hansısa sövdələşmə təklif etsəydik, o, həmin təklifin qarşısına diz çökərək çıxardı”, - deyə Paşinyan bildirib.
Fikrini davam etdirən Paşinyan Ermənistanda heç kimin Tsarukyana hər hansı sövdələşmə təklif etmədiyini iddia edib. Onun sözlərinə görə, Tsarukyan müxtəlif yerlərdə ona belə təklif verəcək şəxslər axtarıb.
Paşinyan həmçinin Tsarukyanın müəyyən qüvvələr tərəfindən istifadə olunduğunu iddia edərək, onun bundan xəbərsiz olduğunu söyləyib.
“Qaqik Tsarukyan mənim ona sövdələşmə təklif etməyim üçün sıraya düzülərdi”, - deyə Ermənistan hökumət başçısı əlavə edib.
Müxalifət barədə danışan Paşinyan bildirib ki, əgər onlar hər hansı fəallıq göstərməyə çalışsalar, bunun nəticələri onlar üçün ağır olacaq.
Xatırladaq ki, bundan əvvəl Paşinyanla Tsarukyan arasında casusluq, şirlər və qəfəslərlə bağlı mövzular ətrafında qarşılıqlı ittihamlar və polemika yaşanmışdı.
Alpər Mövludoğlu
Ordu.az