Küveyt İranın zərbələrindən sonra hava məkanını yenidən açıb

2026/06/1781173777.jpg
Oxunub: 166     14:26     11 İyun 2026    
Küveyt ölkədə yerləşən ABŞ hərbi obyektlərinə İran tərəfindən endirilən zərbələrdən sonra müvəqqəti bağlanan hava məkanının yenidən açıldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Küveytin Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Qurumun açıqlamasında qeyd olunub ki, əvvəlki profilaktik tədbirlərə səbəb olan amillər aradan qalxdıqdan sonra ölkənin hava məkanında aviasiya hərəkəti normal rejimə qaytarılıb.

Məlumata görə, Küveyt Beynəlxalq Hava Limanının fəaliyyəti də tam bərpa edilib və təyyarələrin qəbulu ilə yola salınması müəyyən edilmiş cədvəl üzrə həyata keçirilir.

Rəsmilər vəziyyətə nəzarətin davam etdiyini, yerli və beynəlxalq qurumlarla daimi əlaqə saxlanıldığını bildiriblər. Qeyd olunub ki, ölkə səmasında maksimum təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür.

Xatırladaq ki, daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Küveyt   İran  


Bizi "telegram"da izləyin