Ordu.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə "Ukrzaliznitsya"nın rəhbəri Aleksandr Pertsovski bildirib.
Onun sözlərinə görə, iyunun 11-i səhər saatlarında Rusiya qoşunları pilotsuz uçuş aparatından (PUA) istifadə edərək depoya hücum edib:
"İlkin məlumata görə, bunlar reaktiv "Shahed" PUA-ları olub. Hazırda biz hadisələrin xronologiyasını təfərrüatı ilə təhlil edirik".
A.Pertsovski bildirib ki, zərərçəkənlər xəstəxanaya yerləşdirilib:
"Hücum nəticəsində bir həmkarımız həlak olub. Dörd həmkarımız xəsarət alıb. Onlara bütün lazımi yardımlar göstərilir".
Ordu.az