Ordu.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin yaydığı bəyanatda bildirilib.
Səfirlik qeyd edib ki, İkinci Dünya müharibəsi iştirakçılarına həsr olunmuş “Ana Ermənistan” memorial kompleksinin təhqir edilməsi barədə xəbərlər dərin hiddətlə qarşılanıb.
“Bu müqəddəs dəyərlərə qarşı yönəlmiş hərəkət adi xuliqanlıq kimi qiymətləndirilə bilməz. Söhbət ümumi tarixi yaddaşımıza qarşı məqsədyönlü hücumdan və Böyük Qələbəni təhqir etmək cəhdindən gedir”, - deyə bəyanatda vurğulanıb.
Eyni zamanda, səfirlik hadisənin Gümrü şəhər rəhbərliyi və ictimaiyyəti tərəfindən də ciddi mənfi reaksiya ilə qarşılandığını bildirib.
Diplomatik missiya Ermənistan hakimiyyətinin hadisəyə aydın hüquqi və siyasi qiymət verəcəyinə, günahkarların məsuliyyətə cəlb olunması və gələcəkdə oxşar təxribatların qarşısının alınması üçün bütün zəruri tədbirlərin görüləcəyinə ümid etdiyini qeyd edib.
Gümrüdə yerləşən “Ana Ermənistan” memorial kompleksi İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə həsr olunub və 1975-ci il mayın 9-da istifadəyə verilib.
Alpər Mövludoğlu
Ordu.az