Paşinyan Putinin dəvəti olacağı təqdirdə Rusiyaya səfərdən imtina etməyəcək

2026/06/1781173496.jpg
Oxunub: 206     14:16     11 İyun 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putindən dəvət alacağı halda Rusiyaya səfər etməkdən imtina etməyəcəyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Nikol Paşinyan iyunun 11-də keçirdiyi brifinqdə danışıb.

Paşinyan Rusiya liderinin onu niyə təbrik etmədiyi ilə bağlı suala cavabında təbrik mesajının olmadığını təsdiqləyib və zarafatla “Ümid edək ki, təbrik edəcək” deyə bildirib.

O, yaxın gələcəkdə mümkün görüşlə bağlı suala cavab olaraq qeyd edib ki, apreldə görüşün keçirilməsi barədə qarşılıqlı anlaşma əldə olunsa da, hələlik rəsmi dəvət göndərilməyib. Baş nazir dəvət gələcəyi təqdirdə səfərə gedəcəyini və bundan imtina etməyəcəyini vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Putin  


Bizi "telegram"da izləyin