Ordu.az xəbər verir ki, bu barədə Paşinyan iyunun 11-də keçirilən brifinqdə danışıb.
O, Moskvadan Ermənistanın Avropa istiqamətində siyasətini davam etdirməsi halında qaz tariflərinin dəyişə biləcəyi ilə bağlı səslənən bəyanatları şərh edərkən bildirib ki, tərəflər arasında qüvvədə olan müqavilə və uzunmüddətli razılaşmalar mövcuddur.
“Qarşı tərəfin bu öhdəliklərdən necə imtina edə biləcəyini təsəvvür etmirəm. Bu, müqavilə öhdəliklərinə uyğun yanaşma olmazdı. Bununla belə, biz bütün ssenariləri nəzərdən keçiririk”, - deyə Paşinyan bildirib.
Ermənistanın baş naziri əlavə edib ki, Ermənistan hökuməti mümkün inkişaf variantlarını diqqətlə təhlil edir və bütün ehtimallara hazır olmağa çalışır.
Alpər Mövludoğlu
Ordu.az