Ordu.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini Valeri Semerikov MDB ölkələrinin antiterror qurumlarının rəhbərlərinin 19-cu müşavirəsində bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazda münaqişə potensialı hələ də yüksək olaraq qalır.
“Düşünürəm ki, Avropa İttifaqı, ABŞ və Türkiyənin təsirinin artması bu region ölkələri üçün daha böyük gərginlik ocağı yaradacaq”, - deyə Semerikov qeyd edib.
KTMT rəsmisi bildirib ki, təşkilatın qərb sərhədləri boyunca vəziyyət xüsusilə gərgindir və əsas təhlükə mənbəyi Avropadan gəlir.
O qeyd edib ki, son illərdə Avropa İttifaqı Cənubi Qafqazda fəaliyyətini genişləndirib.
Semerikov vurğulayıb ki, Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının Mülki Müşahidə Missiyası (EUMA) Moskva və Bakı tərəfindən tənqid olunur, ABŞ isə Ermənistanla birgə “Eagle Partner” hərbi təlimlərini keçirir və təhlükəsizlik sisteminin şaxələndirilməsi məqsədilə İrəvana maliyyə dəstəyi verir.
Alpər Mövludoğlu
Ordu.az