Erməni oliqarx dindirilib

2026/06/1781088425.jpg
Oxunub: 177     14:48     10 İyun 2026    
“Çiçəklənən Ermənistan” Partiyasının sədri, erməni oliqarx Qaqik Tsarukyan ötən gün Ermənistan İstintaq Komitəsində dindirilib.

Ordu.az xəbər verir ki, bu barədə Tsarukyanın vəkili Emin Xaçatryan bildirib.

Erməni vəkilin sözlərinə görə, Tsarukyan ona qarşı irəli sürülən yeni ittihamı rədd edib və onu əsassız hesab etdiyini bildirib.

Xaçatryan qeyd edib ki, cinayət işi hələ 2019-cu ildə başlanıb, lakin Qaqik Tsarukyan dünənə qədər bu işdən xəbərsiz olub.

Onun sözlərinə görə, Tsarukyan barəsində Mərkəzi Seçki Komissiyasının razılığı alınmadan cinayət təqibi başladılıb və ona ölkəni tərk etməmə qətimkan tədbiri tətbiq olunub.

Erməni vəkil vurğulayıb ki, prokurorluq əvvəlcə Mərkəzi Seçki Komissiyasına müraciət etməli idi.

“Qaqik Tsarukyan deputatlığa namizəddir və buna görə də toxunulmazlıq hüququna malikdir”, - deyə Xaçatryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tsarukyan  


Bizi "telegram"da izləyin