Ordu.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.
“Silahlı qüvvələrimiz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq. Təhlükəsiz olmaq istəyirsinizsə, bölgəmizi tərk edin”, - deyə İran XİN rəhbəri bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana zərbələr endirildiyini açıqlamışdı.
Bu hadisə Hörmüz boğazı üzərində ABŞ-yə məxsus Apache helikopterinin vurulmasından sonra baş vermişdi. Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına hücumlar həyata keçirmişdi.
Sevinc Əliyeva
Ordu.az