Ordu.az xəbər verir ki, bu barədə ölmüş erməni əsgərin atası Meruj Gevorqyan bildirib.
“Oğlum intihar etməyib. Biz bu versiyanı qəti şəkildə istisna edirik. Bu gün oğlumun yeddisi keçirilir”, - deyə o qeyd edib.
Atası istintaqın gedişinə mane olmamaq üçün hazırkı mərhələdə əlavə təfərrüat açıqlamaq istəmədiyini bildirib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, bu, cari ildə orduda qeydə alınan altıncı ölüm hadisəsidir və onların əksəriyyəti intihar kimi qiymətləndirilib.
Xatırladaq ki, erməni hərbi qulluqçunun ölümü ilə bağlı cinayət işi başlanıb. İstintaq orqanları hadisəni hərbi qulluqçunun ehtiyatsızlıqdan intihara çatdırılması maddəsi ilə araşdırır.
Ermənistan İstintaq Komitəsi məhkəmə-tibbi ekspertiza təyin edildiyini və araşdırmaların davam etdiyini bildirib.
Alpər Mövludoğlu
Ordu.az