Erməni nazir: “Yeni Konstitusiyanın mətni hələlik dərc edilməyəcək”

2026/06/1781087728.jpg
Oxunub: 178     14:24     10 İyun 2026    
“Ermənistanın yeni Konstitusiya layihəsinin mətni hələ yekunlaşdırılmayıb və bu səbəbdən onun dərc olunacağı tarix müəyyən edilməyib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan iyunun 10-da parlamentdə jurnalistlərlə söhbəti zamanı bildirib.

Erməni nazirin sözlərinə görə, prosesdə iştirak edən bir sıra tərəfdaşlar hələ öz irad və təkliflərini təqdim etməyiblər.

“Biz Konstitusiya mətnini dərc etməmək qərarına gəlmişik. Qərar veriləndən sonra dərc olunacaq”, - deyə Qalyan qeyd edib.

O bildirib ki, mətn üzərində iş başa çatdıqdan sonra tərəfdaşların rəylərinin toplanması və işlənməsi üçün bir-iki həftə vaxt lazım olacaq.

“Bundan sonra daha bir neçə müzakirə keçiriləcək və layihənin ictimaiyyətə təqdim olunub-olunmayacağına qərar veriləcək. Konstitusiya islahatı hökumətin “məxməri inqilab”dan sonra üzərinə götürdüyü siyasi öhdəlikdir və bu öhdəlik seçki kampaniyası dövründə də təsdiqlənib”, - deyə Qalyan vurğulayıb.

Yeni Konstitusiyanın qəbul edilməsi üçün siyasi imkanlara toxunan erməni nazir bildirib ki, hazırda hakim partiyanın konstitusion çoxluğu yoxdur.

“Biz öz işimizi görəcəyik, cəmiyyətdə hansı tələbatın olduğunu müəyyənləşdirəcəyik və qərarımızı buna uyğun verəcəyik”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qalyan  


Bizi "telegram"da izləyin