Ali Rada Ukraynanın müdafiə xərclərinin 39 milyard dollar artırılmasını təsdiqləyib

2026/05/1779960852.jpg
Oxunub: 187     13:24     10 İyun 2026    
Ukrayna Ali Radası 2026-cı il dövlət büdcəsində təhlükəsizlik və müdafiə xərclərinin 1,56 trilyon qrivna (39 milyard dollar) artırılmasını nəzərdə tutan dəyişiklikləri dəstəkləyib.

Bu barədə Ordu.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir.

Məlumata görə, qərarı 242 deputat dəstəkləyib. 19 deputat qərarın əleyhinə səs verib, 17 nəfər isə bitərəf qalıb.

Qeyd olunub ki, təhlükəsizlik və müdafiə xərclərinin əsasən Avropa İttifaqının "Ukraine Support Loan" (USL) proqramı hesabına artırılması planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ali-Rada   Ukrayna  


Bizi "telegram"da izləyin