Küveyt əmiri və III Çarlz Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

2026/06/33653-1781095976.jpg
Oxunub: 244     16:50     10 İyun 2026    
Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah və Böyük Britaniya Kralı III Çarlz telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Küveytin KUNA agentliyi məlumat yayıb.

Bildirilib ki, onlar həmçinin iki ölkə arasındakı tarixi münasibətləri, qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Küveyt Əmiri ölkə ərazisinə hücumları və İran tərəfindən hava məkanının pozulmasını pisləyərək, bunun BMT nizamnaməsinə zidd olduğunu qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Küveyt   İran   Britaniya  


Bizi "telegram"da izləyin