Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub

2025/11/1764485453.jpg
Oxunub: 177     15:18     10 İyun 2026    
Pakistanda ordu aviasiyasının "Mi-17" helikopteri qəzaya uğrayıb, göyərtədəki bütün şəxslər həlak olub.

Ordu.az "DAWN"a istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidmətinin (ISPR) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə iyunun 10-da Müzəffərabad yaxınlığında baş verib. İlkin olaraq müəyyən edilib ki, helikopter texniki nasazlıq səbəbindən havaya qalxarkən qəzaya uğrayıb.

"Göyərtədəki bütün şəxslər həlak olub. Sağ qalan yoxdur", - bəyanatda qeyd olunub.

Aviaqəzanın təfərrüatları aydınlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Helikopter   Qəza  


Bizi "telegram"da izləyin