“Fars”: İran ABŞ bazalarına hücum zamanı hədəflərin 70 faizini vurub

2026/06/1781087828.jpg
Oxunub: 299     14:34     10 İyun 2026    
İran Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına qarşı həyata keçirdiyi hücum zamanı nəzərdə tutulan hədəflərin 70 faizini vurmağa nail olub.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

“Bugünkü əməliyyat zamanı hədəflərin 70 faizi uğurla məhv edilib”, - deyə məlumatda bildirilir.

Agentliyin məlumatına görə, İranın ballistik raketləri və pilotsuz uçuş aparatları ABŞ-nin İordaniyadakı “Əl-Əzraq”, Küveytdəki “Əli əs-Salem” bazalarında və Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bazasında yerləşdirilən hava hücumundan müdafiə sistemlərini keçə bilib.

Məlumata əsasən, zərbələr nəticəsində əvvəlcədən müəyyən edilmiş hədəflərin böyük hissəsi vurulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin