KİV: Ermənistan-Türkiyə sərhədi açılsa, ticarət dövriyyəsi 1 milyard dollara çata bilər

2026/06/1781087799.jpg
Oxunub: 215     14:30     10 İyun 2026    
Ermənistan və Türkiyə arasında sərhədlərin açılması iki ölkə arasındakı ticarət dövriyyəsini qısa müddətdə 1 milyard dollara çatdıra bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Ermenihaber.am” saytı Türkiyənin “Yeni Şafak” qəzetinə istinadən məlumat yayıb.

Bildirilir ki, Ermənistan və Türkiyə arasında diplomatik təmaslar sürətlənir və münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atılması planlaşdırılır.

İddialara görə, ilk mərhələdə İğdırdakı Alican sərhəd-keçid məntəqəsinin qarşılıqlı keçidlər üçün açılması nəzərdə tutulur.

Qeyd olunur ki, Ermənistan tərəfində hazırlıq işləri başa çatdırılıb, Türkiyə tərəfi isə işləri qısa müddətdə yekunlaşdırmağı planlaşdırır.

Proqnozlara əsasən, yay aylarında quru sərhədindən keçidlər və ticarət əməliyyatları başlaya bilər. Qarsdakı Akyaka sərhəd-keçid məntəqəsinin açılması istiqamətində də işlərin davam etdiyi vurğulanır.

Qeyd olunur ki, sərhəd məntəqələrinin fəaliyyətə başlaması iki ölkə arasında nəqliyyat və ticarət şəbəkəsinin yenidən formalaşmasına səbəb olacaq. Hazırda Ermənistan və Türkiyə arasındakı ticarət dövriyyəsinin 300-350 milyon dollar səviyyəsində qiymətləndirildiyi bildirilir.

Ticarətdə əsas payı geyim məhsulları, kimya sənayesi məhsulları, ərzaq və emal olunmamış qiymətli metallar təşkil edir.

“Yeni Şafak”ın məlumatına görə, birbaşa ticarətin başlaması logistika xərclərini azaldacaq, məhsulların bazara çatdırılmasını sürətləndirəcək və ticarət dövriyyəsini qısa müddətdə 1 milyard dollara yüksəldə bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin