Körfəz ölkələri döyüş hazırlığına gətirilib

2026/03/1773298624.jpg
Oxunub: 237     13:05     10 İyun 2026    
Fars körfəzinin ərəb ölkələri İran tərəfindən mümkün hücum təhlükəsi fonunda tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Ordu.az xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.

Məlumata görə, bölgədə yerləşən ABŞ hərbi bazalarında da ən yüksək həyəcan səviyyəsi elan olunub. Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdəki Amerika bazalarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd olunur ki, bu addım İranın regiondakı ABŞ obyektlərinə və müttəfiq ölkələrin ərazisində yerləşən hərbi infrastruktura mümkün hücum ehtimalı ilə bağlı atılıb.

Hazırda Körfəz ölkələrində strateji obyektlərin mühafizəsinin artırıldığı, hərbi qüvvələrin hazırlıq vəziyyətinə gətirildiyi və hava hücumundan müdafiə sistemlərinin gücləndirilmiş rejimdə fəaliyyət göstərdiyi bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Körfəz   İran  


Bizi "telegram"da izləyin