Azərbaycan və Yaponiya energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

2026/06/1781091386.jpg
Oxunub: 243     15:20     10 İyun 2026    
Azərbaycan və Yaponiya nəqliyyat infrastrukturu, təchizat zəncirləri və rəqəmsal bağlantı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi səhifəsində bu ölkənin xarici işlər naziri Ceyhun Bayramovla onun yaponiyalı həmkarı Toşimitsu Moteqi arasındakı danışıqların yekunlarına dair məlumat yayılıb.

"Nazirlər Asiya və Avropanı birləşdirən regional nəqliyyat-logistika marşrutlarında Azərbaycanın etibarlı tərəfdaş kimi rolunu qeyd edərək, enerji təhlükəsizliyi və nəqliyyat əlaqəliliyi sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar", - məlumatda bildirilib.

Qurumun məlumatında vurğulanıb ki, tərəflər həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələləri nəzərdən keçiriblər.

"Azərbaycan tərəfi yaponiyalı həmkarlarını regiondakı münaqişədən sonrakı vəziyyət, azad edilmiş ərazilərdə aparılan bərpa işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, eləcə də nəqliyyat və iqtisadi inteqrasiya sahəsindəki regional təşəbbüslər barədə məlumatlandırıb", - məlumatda qeyd edilib.

Görüşün yekununda tərəflər strateji tərəfdaşlığı daha da gücləndirmək və bütün istiqamətlər üzrə əməkdaşlığı inkişaf etdirmək barədə niyyətlərini təsdiq ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Yaponiya  


Bizi "telegram"da izləyin